ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdən danışıb.
İnsider.az xəbər verir ki, bu barədə o, Pensilvaniya ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Rusiya ilə münasibətlərimi qaydaya salsam, bu yaxşı olar, ya pis? Düşünürəm ki, yaxşı olar. Ölkələrlə münasibətləri qaydaya salmaq əslində çox yaxşıdır”, - deyə ABŞ lideri bildirib.
Tətbiq olunan anti-Rusiya sanksiyalarına baxmayaraq, ABŞ prezidenti davamlı olaraq vurğulayır ki, ABŞ və Rusiyanın “çox yaxşı münasibətlər”i var, iki ölkə “münasibətlərini qaydaya salmalıdır”.
Tramp “önəmli sima” hesab etdiyi Rusiya lideri Vladimir Putini G7 (Böyük yeddilik) zirvəsinə dəvət etmək planını da açıqlayıb.