tramp-tiktok-ucun-15-sentyabra-qeder-vaxt-verdi

Tramp TikTok üçün 15 Sentyabra qədər vaxt verdi

ABŞ Prezidenti Donald Tramp TikTok-un ölkəsindəki əməliyyatlarının bir ABŞ şirkətinə satılması üçün 15 Sentyabra qədər müddət verib.

İnsider.az xəbər verir ki, Tramp, bir Amerikan şirkətinə satılmadığı təqdirdə Çinin sosial media platforması TikTok-u 15 Sentyabrda ölkəsində qadağan edəcəklərini açıqlayıb. 

Təhlükəsizlik narahatlıqları səbəbilə TikTok-un Çinin nəzarətində olmasını istəmədiklərini vurğulayan Tramp, Microsoft ya da bunun kimi böyük bir ABŞ şirktinin TikTok-un ABŞ-dakı qolunu alması lazım olduğunu bildirib.

Tramp, "Microsoft ya da başqa bir şirkətə satılmadığı təqdirdə, TikTok-u 15 Sentyabrda bağlayacağıq" ifadəsini istifadə edib.

Microsoft şirkəti TikTokun ABŞ qolunu satın almaq üçün araşdırmalara başladyıb.

Marja