ABŞ Prezidenti Donald Trampın Fed-ə ünvanladığı "faiz endirimi" çağırışları gec-tez yerinə yetirilə bilər.
İnsider.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, faiz endirimi çağırışı edərək zəif inflyasiya məsələsində nə edilməsi lazım olduğuna dair Fed-dəki müzakirələrə qoşulub.
Trampın faizlərin endirilməsi tələbinin yerinə yetiriləcəyini düşünmək "dəlilik" deyil. Trampın "faiz endirimi" çağırışları gec-tez cavablandırıla bilər.
Tramp və Ağ Evin iqtisadi müşaviri Larri Kudlow mərkəzi bankın (Fed) siyasət istiqamətini dəyişdirməsi çağırışını edirlər. Səbəb, ABŞ iqtisadiyyatının hələ də artmasına baxmayaraqi inflyasiyanın yüksəlməməsidir. ABŞ iqtisadiyyatının artım tempi də zəifləyir.
Tramp Cümə günü açıqlamasında, "Fed faizləri endirməlidir. Bizi həqiqətən çox ləngidilər. İnflyasiya yoxdur",- deyib.
Zəif inflyasiyanı vurğulayan Tramp, Fed rəsmilərinin səbəbini anlamaqda çətinlik çəkdiyi həssas bir məqama toxunmuşdur.
İnflyasiyanın zəif gedişini təəccüblə qarşılayan Fed rəsmiləri, 2018-də 4 dəfə faiz artırdıqdan sonra növbəti addımı müəyyən etmək üçün "səbrli" olamağa qərar veriblər. Fed rəsmiləri bu qərar ilə zəif qiymət təzyiqlərinə işarə edirlər. Fed sədri Jerome Pauell, Fed-in 2%-lik inflyasiya hədəfinə nail ola bilmədiyini etiraf edir. İllərdir inflyasiya davamlı 2% olmur.
İnvestorlar Fed-in faizləri endirəcəyinə böyük ehtimal verirlər. Bununla yanaşı, Fed rəsmiləri hələlik faiz endiriminə dair bir siqnal verməyiblər. Əksinə, bir çox Fed rəsmisinin fikiri növbəti addımın faiz artırımı olacağı barədədir.
Fed-in Filadelfiya şöbəsinin sədri Patrik Harker, Cümə günü açıqlamasında, "Mən faiz endiriminə heç vaxt "heç bir zaman" demərəm. Ancaq bu nöqtədə mən, bu il, ya da gələn il faiz endirimi nəzərdə tutmuram", - demişdi.
©Marja