Maliyyə Bazarlarına Nəzarət Palatası "Golden Globe International” MMC-ni cərimələyib.
İnsider.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, "Golden Globe International” turizm xidmətləri həyata keçirən şirkətdir.
©Report