turkdilli-olkelerin-parlament-assambleyasinin-adi-deyisdirildi

Türkdilli Ölkələrin Parlament Assambleyasının adı DƏYİŞDİRİLDİ

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının XI plenar iclası başa çatıb.

İ iclasda təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasında mühüm məsələlərdən biri də TürkPA-nın adının dəyişdirilməsidir:

“Bu, tarixi hadisədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə türk dövlətləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Report