turkiye-bir-il-erzinde-30-min-proqramcini-itirib

Türkiyə bir il ərzində 30 min proqramçını itirib

Türkiyə Proqram İstehsalçıları Assosiasiyasının (YASAD) sədri Gönül Kamalı, 2021-ci ildə 30 min proqramçının xaricə getdiyinə və bu rəqəmin 100 minə yüksələ biləcəyinə deyib.

Onun sözlərinə görə, aşağı əmək haqqı və uzun iş saatları proqramçıların xaricə üz tutmasının ən mühüm səbəbləridir.

Gönül Kamalı, “Türkiyədə bir proqram təminatı hazırlayan şirkət 1000 dollara yeni məzun olmuş bir proqramçı işlətmək üçün maliyyə gücü tapa bilmədiyi halda, proqram tərtibatçıları ABŞ və Avropada ən azı 2500 dollar maaş ilə işə başlayırlar”, - deyib.

Marja