Türkiyənin ilk milli rabitə peyki "Türksat 6A" bu gecə, iyulun 9-da Türkiyə vaxtı ilə saat 01:20-də kosmosa buraxılacaq.
Məlumata görə, orbitə buraxılış Florida ştatındakı (ABŞ) Kennedi Kosmik Mərkəzindən həyata keçiriləcək. Açılış canlı yayımlanacaq.
"Türksat 6A" orbitə "Falcon 9" daşıyıcı raketi ilə çıxarılacaq.
Peykin orbitə buraxılmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edəcək.
Qeyd edək ki, "Türksat 6A" peyki iyunun 4-də ABŞ-nin Florida ştatındakı Kanaveral burnunda yerləşən Hərbi Hava Qüvvələri stansiyasına göndərilib. "Türksat 6A" peykinin təhlili Kosmik Sistemlərin İnteqrasiyası və Sınaq Mərkəzində (USET) aparılıb.
Oxu.Az