Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
Diplomat həmçinin “Əbədi məşəl” abidəsi önünə əkil qoyub.
Yasin Ekrem Serim “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.
Report
09:52
Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim bu gün Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
O, Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Oxu.Az