turkiyede-dorduncu-operator-fealiyyete-baslayacaq

Türkiyədə dördüncü operator fəaliyyətə başlayacaq

Türkiyədə yeni GSM operatoru - NETGSM fəaliyyətə başlayacaq.

 NETGSM-in İdarə Heyətinin sədri Adem Öcal, Türkiyənin dördüncü operatoru olaraq, mart ayından etibarən abunəçi qəbul etməyə başlayacaqlarını qeyd edərək, “Digər mobil operatorlar ilə müqayisədə, biz, əlavə dəyərli xidmətlərə verəcəyimiz yaxın dəstəklə fərq yaradacağıq". -deyib.

Öcal "Anadolu" Agentliyinə bildirib ki, NETGSM 2009-cu ildə İnformasiya Texnologiyaları və Rabitə Qurumundan (BTK) alınan sabit telefon, virtual cib telefonu, internet xidmət provayderi və rabitə infrastrukturu lisenziyaları ilə xidmət göstərir.

Öz GSM şəbəkə infrastrukturunu qurduqlarını qeyd edən Öcal,  0510 22X XXXX nömrə prfiksi aldıqlarını və sınaq rejimində xidmət göstərməyə başladıqlarını söyləyib. 

Marja