turkiyede-samsung-ve-lg-cerimelendiler

Türkiyədə Samsung və LG cərimələndilər

Türkiyənin Rəqabət Təşkilatı Samsung Electronics, LG Electronics və SVS şirkətlərini cəmi 263 milyon TL cərimələyib.

“Samsung Electronics”, “LG ​​Electronics Ticaret AŞ” və “SVS Dayanıqlı Malların Marketinq və Ticarət Limited” şirkətlərinin yenidən satış qiymətlərini müəyyən edərək rəqabəti pozduqları iddiası ilə bağlı aparılan istintaqda inzibati cərimə tətbiq olunub.

Bu barədə Türkiyənin Rəqabət Təşkilatı məlumat yayıb.

Samsung-a illik xalis gəlirinə görə 227,16 milyon TL inzibati cərimə yazılıb. LG şirkəti 33,87 milyon TL, SVS isə 1,98 milyon TL cərimələnib.

Marja