turkiyeden-twitter-e-reklam-qadagasi

Türkiyədən Twitter-ə reklam qadağası

Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK-Bilgi Teknolojileri ve İletişim Kurumu) yaydığı məlumata görə, Twitter-də reklam yerləşdirilməsi qadağandır.

BTK, Twitter-in üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün sosial media platforması Twitter-də reklamı qadağan edib.

Qəbul edilən qərara əsasən, Türkiyədə yaşayan vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər Twitter-də yeni reklam yerləşdirə bilməyəcək.