Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycana gəlir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib.
Nazirin Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, 21-23 sentyabrı əhatə edəcək səfər çərçivəsində Fahrettin Koca Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini də ziyarət edəcək.