Çərşənbə axşamı tvitter mikrobloq xidməti Venesuela Milli Məclisinin hesabını bloklayıb.
Ölkə parlamentinin yenilənmiş tərkibinin “@LaNuevaAsamblea” profilinə müraciət vaxtı istifadəçi boş səhifəyə daxil olur. Səhifədə qeyd edilir ki, hesabın fəaliyyəti tvitterin qaydalarının pozulması ilə əlaqədar dayandırılıb. Abunəçilərin hesabı sıfırlanıb, profildəki fotolar silinib. Ona abunə olmaq mümkün deyil.
Eyni zamanda, mandatı yanvarın 5-də bitmiş, lakin istefa verməkdən imtina edən müxalifət deputatları tərəfindən idarə olunan “@AsambleaVE” hesabı fəaliyyətini davam etdirir və sosial şəbəkədə təsdiqlənmiş bir hesab kimi qeyd olunur.
Report