twitter-2020-ci-ilde-1-14-milyard-dollar-zerer-edib

"Twitter" 2020-ci ildə 1,14 milyard dollar zərər edib

"Twitter" 2020-də 3,7 milyard dollarlıq gəlir əldə dib.

Sosial media platforması şirkəti "Twitter"in 2020-ci ildə gəliri 2019-cu illə müqayisədə 7% artaraq 3,72 milyard dollara çatıb. Şirkəti  2019-cu ildə 3,45 milyard dollarlıq gəlir təmin etmişdi.

Şirkətin keçən ilin son rübündə əldə etdiyi gəlir isə, 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 28% artaraq 1,29 milyard dollara yüksəlib. Şirkət 2019-un son rübündə 1 milyard dollarlıq gəlir əldə etmişdi.

Şirkətin 2020-ci ilin son rübündə əldə etdiyi mənfəət isə 87% artaraq 222 milyon dollar olub. "Twitter"in mənfəəti 2019-un son rübündə 118,7 milyon dollar təşkil etmişdi.

"Twitter" 2020-ci il üzrə isə 1,14 milyard dollar zərər edib. Şirkət 2019-da 1,47 milyard dollar mənfəət əldə etmişdi.

"Twitter"in keçən ilin 4-cü rübündə gündəlik ortalama aktiv istifadəçi sayı 27% artaraq 192 milyona çatıb.

Marja