“Twitter” sosial şəbəkəsi bəzi iOS-tətbiqinin istifadəçiləri barədə məlumatları təsadüfən toplayıb və üçüncü şəxslərə ötürübmüş.
İnsider.az bildirir ki, baq (xəta) iOS üçün olan “Twitter”-də birdən çox hesab açanlara və o hesablardan ən azı biri üçün dəqiq coğrafi mövqeyinin müəyyənləşdirilmə funksiyasından istifadə edənlərə toxunub. Baqa görə “Twitter” məlumatları, hətta bu funksiya onlarda aktiv olmadığı təqdirdə, digər akkauntların istifadəsi zamanı da toplayıb.
Qeyd olunur ki, əldə olunan məlumatları adı açıqlanmayan şirkətin reklam partnyoru əldə edirdi. Şirkətdə iddia edirlər ki, bu partnyor, insanları onların məlumatları ilə əlaqələndirəcək “Twitter” istifadəçilərinin unikal identifikatorlarına malik olmayıb.
Deyilənə görə, reklam partnyoru sızılmış məlumatları sadalamayıb, sosial şəbəkə isə problemlə qarşılaşmış istifadəçiləri xəbərdar edib. Şirkət tərəfindən dəqiq nə qədər istifadəçinin buna məruz qaldığını söyləməyiblər.
Samirə Məmmədova