Rusiyada “Twitter” servisin desktop versiyasının yeni dizaynda verilməsi istifadəçilərin diqqətini cəlb edib . Şirkət dəyişiklik haqda rəsmi açıqlama verməyib. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.
Qeyd edək ki, cari ilin yanvarında sosial şəbəkə iki sütundan ibarət desktop versiyasının dizaynını təqdim edib və onun test olaraq bəzi istifadəçilər üçün işə salıb.
May ayında isə şirkət testetmənin genişləndirilməsini və bunlarla qane olmadığı halda daha iki dizayn əlavə ediləcəyini bildirib.
Samirə Məmmədova