Sosial media saytı "Twitter", yeni tip koronavirus (Kovid-19) epidemiyasına görə bütün dünyadakı işçilərinə evdən işləmək təlimatı verib.
İnsider.az xəbər verir ki, "Twitter"-dən verilən açıqlamada, şirkətin dünyadakı bütün personalının yeni bir xəbərdarlığa qədər məcburi olaraq evdən çalışacağı qeyd edilib.
İşçilərin evlərində ofis şəraiti yaratmaları üçün çəkəcəkləri xərclər şirkət tərəfindən qarşılanacaq.
"Apple", "Amazon", "Microsoft" və "Google" kimi internet və texnologiya şirkətləri, Kovid-19 epidemiyası səbəbilə qlobal ofislərindəki personala evdən işləmələrini tövsiyə etmişdilər, ancaq Twitter, Silikon Vadisi nəhəngləri arasında bütün işşilərinə evdən işləməyi məcburi edən ilk şirkətdir.
Qeyd edək ki, "Twitter"-in dünyada 4 min 900 işçisi var.
Marja