twitter-clubhouse-u-4-milyard-dollara-almaq-isteyir

"Twitter" “Clubhouse”u 4 milyard dollara almaq istəyir

"Twitter" şirkəti son aylar “Clubhouse” sosial şəbəkəsinin satın alınması haqqında danışıqlar aparıb.

Bu barədə məlumatlı mənbələrə istinadən “Bloomberg” agentliyi bildirib.

Mənbələrin məlumatına görə, sazişin qiyməti 4 milyard ABŞ dollar qiymətləndirilir. Hazırda danışıqlar naməlum səbəbdən dayandırılıb.

"Twitter"in nümayəndəsi buna şərh verməkdən imtina edib, “Clubhouse”da agentliyin sorğusuna cavab verməyiblər.

Daha əvvəl "Twitter"  şirkəti “Spaces” audioplatformasının beta versiyasını buraxıb. Yeni versiyanın “Clubhouse”a rəqib olduğu vurğulanırdı. Hazırda heç də bütün istifadəçilər platformadan açıq danışıqların keçirilməsi üçün istifadə edə bilmirlər.

“Clubhouse” istifadəçilərin qeyd və daha çox yayılma imkanı olmadan səsli mesajlarla ünsiyyət qurduğu sosial şəbəkədir. Tətbiqə qoşulmaq üçün artıq qeydiyyatdan keçmiş bir istifadəçidən dəvət almaq lazımdır.