“Twitter” sosial şəbəkəsi foto paylaşımı qaydalarında dəyişiklik edib.
Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Məlumata görə, bundan sonra media fayllarının dərc edilməsi üçün orada əks olunan şəxslərin icazəsi tələb olunacaq. Əks təqdirdə paylaşım silinəcək.
“Twitter”dən bildirilib ki, bu yenilik narazılıq yaradan, lakin açıq şəkildə təhqiredici məzmunu olmayan media faylları ilə bağlı tədbirlər görməyə və istifadəçilərin şəxsin razılığı olmadan onların təsvirlərinin şəbəkədə yerləşdirilməsi hallarına qarşı mübarizə aparmağa imkan verəcək.
Mənbə: TASS