twitter-de-istifadecilerin-rahatligi-ucun-yeni-funksiya-tetbiq-edildi-foto

“Twitter”də istifadəçilərin rahatlığı üçün yeni funksiya tətbiq edildi - FOTO

“Twitter” sosial şəbəkəsinin istifadəçiləri paylaşımlarına kimlərin rəy yaza biləcəyini özləri təyin edəcəklər.

İnsider.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

“Twitter”in məhsul idarəetmə direktoru Syuzan Ksinin sözlərinə görə, yeni funksiya may ayından etibarən məhdud sayda istifadəçi ilə sınaqdan keçirilib və özünü tam doğruldub.

Artıq “tvit” paylaşmazdan əvvəl istifadəçilər ona kimlərin rəy yazacağına qərar vermək üçün üç seçimdən istifadə edəcəklər.

Birinci - bütün istifadəçilər, ikinci - yalnız izlədiyiniz şəxslər, üçüncü isə yalnız paylaşımda xatırlananlar.