twitter-de-yenilik-artiq-iki-saatliq-videolari-yuklemek-mumkun-oldu-foto

“Twitter”də yenilik: Artıq iki saatlıq videoları yükləmək mümkün oldu - FOTO

“Twitter Blue” abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq sosial şəbəkəyə iki saata qədər video yükləyə bilərlər.

Bu barədə cümə axşamı “Twitter”in sahibi İlon Mask məlumat verib.

O, qeyd edib ki, videoların maksimal həcmi 8 giqabayt ola bilər.

Xatırladaq ki, “Twitter Blue” abunəliyi istifadəçilərə hesabları üçün mavi işarə almağa imkan verir ki, bu da səhifələrin həqiqiliyini göstərir. Abunəçilər daha az reklam görəcək, daha uzun videolar yerləşdirəcək və yeni funksiyalara erkən giriş əldə edəcəklər. Bundan əlavə, “Twitter Blue” hesabları axtarışlarda, qeydlərdə və şərh siyahılarında daha yüksəkdə görünəcəklər.