"Twitter" siyasi reklamların yayımlanmasını dayandırır.
İnsider.az xəbər verir ki, bu barədə sosial şəbəkənin CEO-su (baş icraçı direktor) Cek Dorsi "Twitter" hesabından açıqlama verib. Açıqlamada ""Twitter"də bütün siyasi reklamların qlobal miqyasda dayandırılması barədə qərar verdik. İnanırıq ki, siyasi mesaj əldə edilməlidir, alınmalı deyil" sözləri yer alıb.
Digər tvitlərində isə CEO siyasi mesajların təbii yollarla yayılmalı olduğunu, pul ilə satılmamalı olduğunu deyib.
"Twitter"də siyasi reklam qadağası noyabrın sonundan tətbiq olunacaq.
©"Finans.az"