twitter-in-yaradicisindan-bedbin-ssenari

"Twitter"in yaradıcısından bədbin ssenari

"Twitter"in qurucusu və Baş direktoru Jek Dorsi, ABŞ-a və bütün dünyaya hiper infilyasiyanın gəlməkdə olduğunu iddia edib.

"Twitter"in yaradıcısı qorxuli ssenari irəli sürüb.

"Twitter"in yaradıcılarından biri olan Cek  Dorsi, ABŞ-da artan inflyasiyaya işarə edərək işlərin daha çox pisə gedəcəyini söyləyib.

Dorsi, Cümə gecəsi yazdığı "twit"ində ABŞ-da və bütün dünyada hiper infilyasiyanın olacağını bildirib. Dorsi, "Hiper inflyasiya hər şeyi dəyişdirəcək",- qeyd edib.

"Tweet", istehlakçı inflyasiyasının ABŞ-da 30 ilin ən yüksək səviyyəsinə yaxınlaşması ilə və problemin artacağı narahatlıqları ilə paralel bir dövrdə yazılıb.

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pouell də ötən gün etdiyi açıqlamasında, ABŞ-da iqtisadi bərpanın çox balanssız olduğunu və inflyasiyanın gözləniləndən daha qalıcı ola biləcəyini söyləyib.

Pouell çıxışında, mövcud yüksək inflyasiya faizlərinin gələcəkdə lazım olandan çox yüksək inflyasiya olacağı proqnozuna gətirib çıxardığını bildirib.

İnflyasiyanın yüksəlməsinə səbəb olan qlobal tədarük problemlərinin təxmin ediləndən daha uzun müddət davam edə biləcəyini qeyd  edən Pouell, bu vəziyyətin ehtimalla gələn ilə qədər davam edəcəyini açıqlayıb.

Hiper inflyasiya, inflyasiyanın illik 200% sərhədini aşmasına deyilir. Hiper inflyasiya pulun dəyərini ən şiddətli itirdiyi inflyasiya olaraq tanınır.

Dünya tarixində indiyə qədər 58 hiper inflyasiya dövrü yaşanıb. İnHazırda bunun ən yaxşı nümunəsi Venesueladakı inflyasiyadır.

Marja