Dünyanın ən çox istifadə edilən mikro blogu olan "Twitter", istifadəçilər üçün bəzi yenilikləri planlaşdırır.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni dizaynı və qaranlıq rejimi bütün istifadəçilər üçün aktiv etməyə hazırlaşan şirkət, qaydaları pozan istifadəçilər üçün də müxtəlif tədbirlər görəcəyini bildirib.
Sosial media platforması olan "Twitter" istismar, təcavüz və təhdidləri əks etdirən mesajlar paylaşaraq şirkətin qanunlarını pozan siyasi adam və liderlərin ismarışlarına xəbərdarlıq etiketi qoyulacaq.
Xəbərdarlıq etiketinin üzərinə basıldığında, istifadəçinin hansı "Twitter" qaydasını pozduğuna dair məlumatlandırma görünəcək. Göndərmənin tam silinməsinin ictimai mənfəətə uyğun olmadığı bildirilib.
Xəbərdarlıq yazıları 100 mindən çox təqibçisi olan hər hökumət səlahiyyətlisinin, siyasi namizəd və bənzəri kəslərin hesabına tətbiq olunacaq və öncəki ismarışlara aid olmayacaq.
Qeyd edək ki, "Twitter"in bu dəyişikliyindən sonra Amerikan mətbuatında prezident Donald Trump-ın bir çox ölkəyə qarşı "Twitter"dən paylaşdığı mesajların belə bir nəticəyə yol açmış ola biləcəyi şərhləri edilib. Ancaq "Twitter"dən xüsusilə təkcə bir adam üçün belə bir dəyişiklik edilmədiyi bildirilib.