“Twitter” sosial şəbəkəsində əvvəllər retvitlərə, məlum olduğu kimi, ancaq mətn ismarışlarını bağlamaq mümkün idi. Artıq belə imkan foto, video və GIF-lər üçün də yaranıb.
İnisder.az “Techcrunch”-a istinadla bildirir ki, bunun üçün yalnız “şərhlə retvit etmək” düyməsinə sıxmaq lazımdır.
Yeni funksiya artıq “iOS" və “Android” cihazlarındakı tətbiqlərdə, həmçinin servisin saytının mobil versiyasında çalışıb.
Samirə Məmmədova