twitter-rusiya-sefirliyinin-tvitlerini-silib-foto

“Twitter” Rusiya səfirliyinin tvitlərini silib - FOTO

“Twitter” Rusiyanın Londondakı səfirliyinin Ukraynanın Mariupol şəhərində uşaq və doğum evinin partladılması görüntülərinin saxta olduğunu iddia edən tvitlərini silib.

Silinən tvitlərdə xəstəxananın “silahlı qüvvələr və radikallar tərəfindən istifadə edildiyi” və hücum zamanı çəkilən yaralı hamilə qadının aktyor olduğu iddia edilib.

“Twitter”in sözçüsü bildirib ki, tvitlər sosial şəbəkənin nifrət və təhqiramiz davranış siyasətini pozduğu üçün silinib.

Kremlə bağlı digər rəsmi hesablar da şəbəkədə yalan məlumatlar paylaşıb. Məsələn, Rusiyanın Cənubi Afrikadakı səfirliyinin afrikalıların səfirliyə “çoxlu sayda həmrəylik məktubu” göndərdiyini və Rusiyanın “nasizm”lə mübarizə apardığını iddia edib.  

Bu paylaşım hələ də “Twitter”də aktualdır.