“Twitter” sosial şəbəkəsinin istifadəçiləri bir müddət SMS-in köməyilə telefondan tvit yaza bilməyəcəklər. Bu haqda 4 sentyabrda sosial şəbəkənin korporativ hesabında məlumat verilib.
İnsider.az xəbər verir ki, "biz hesabları kənar müdaxilələrdən qorumaq üçün müvəqqəti olaraq SMS və ya mətn mesajı vasitəsilə tvit yazmaq imkanını deaktiv edirik" – mesajda deyilir.
Bildirilib ki, sözügedən funksiya tezliklə bərpa ediləcək.