twitter-serbiya-prezident-partiyasinin-12-uzvunun-hesabini-blokladi

“Twitter” Serbiya prezident partiyasının 12 üzvünün hesabını blokladı

“Twitter” hazırkı Prezident Aleksandr Vuçiçin Serbiya Tərəqqi Partiyasının 12 üzvünün hesabını bloklayıb.

“Bloklananlar” arasında regiondakı diaspor və serblərlə əməkdaşlıq idarəsinin rəhbəri də var.

“Twitter” sadəcə heç bir izahat vermədən 34 000 izləyicisi olan hesabımı dayandırdı”, - deyə o, öz “Facebook” hesabında bildirib.

Həmçinin Belqrad merinin müavinlərindən biri Miroslav Çuçkoviç və Serb Tərəqqi Partiyasının onlayn kommunikasiyalar üzrə koordinatoru sayılan Slavişa Miçanoviç də hesabı bağlananlar sırasındadır.

“Twitter” hələlik bu qərarın səbəbi ilə bağlı açıqlama verməyib.