twitter-tesiscisinin-hesabi-sindirilib

"Twitter" təsisçisinin hesabı sındırılıb

"Twitter"-in təsisçisi Cek Dorsinin sosial şəbəkədəki "account"-u naməlum şəxslər tərəfindən "qırılıb".

İnsider.az xəbər verir ki, bu barədə "Twitter"-in kommunikasiyalar üzrə komandası məlumat yayıb.

"Biz bilirik ki, Cekin hesabı "qırılıb" və nə baş verdiyini aydınlaşdırırıq", - deyə məlumatda qeyd olunur.

Şirkətin mətbuat xidmətinin sonradan yaydığı məlumata görə, baş direktor Cek Dorsinin "Twitter" hesabı üzərində nəzarəti bərpa olunub və onun hesabının təhlükəsizliyi təmin edilib.

© Report.az