“Twitter” sosial şəbəkəsi ABŞ-ın eks-prezidenti Donald Tramın bloklanmış hesabını heç bir halda bərpa etməyəcək.
Bunu şirkətin maliyyə müdiri Ned Seqal MSNBC kanalına müsahibəsində bildirib.
“Əgə biz kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsi platformadan xaric etmişiksə, bu qəti qərardır. Bizim qaydalarımıza görə, heç kimin zorakılığa çağırış etməyə ixtiyarı yoxdur. Əgər kiminsə hesabı bu səbəbdən bloklanırsa, bir daha bərpa edilmir”, - deyə “Twitter” rəsmisi bəyan edib.
Xatırladaq ki, Trampın sosial şəbəkədəki hesabı yanvarın 6-da Kapitoliyə hücumdan üç gün sonra bağlanıb.
“Twitter” rəhbərliyi hadisələrin baş verdiyi gündə prezidentin yazdığı tvitlərdə zorakılığa təhrik edən ifadələrin yer aldığını bildirib.