twitter-yaranmis-problemin-sebebini-aciqladi

“Twitter” yaranmış problemin səbəbini açıqladı

“Twitter” çalışmasında yaranmış problemlər “daxili konfiqurasiyanın ayarlarının dəyişməsi” səbəbindən baş verib.

İnsider.az-ın məlumatına görə, bu barədə servisin press-relizində deyilir.

Sosial şəbəkə bundan başqa təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, ötən gün iyulun 11-i “Twitter”-də nasazlıq yarandı. Nasazlıq kütləvi şəkildə müşahidə edilib – problemlə bağlı Qərbi Avropa, Rusiya, ABŞ, Yaponiya və Braziliya sakinləri şikayət edib. Problemin aradan qaldırılmasına iki saatdan çox vaxt gedib.

Samirə Məmmədova