ABŞ-ın “Twitter” sosial şəbəkəsi səhifənin personal kompüterlər üçün redizaynını anons edib.
İnsider.az-ın məlumatına görə, estetik dəyişikliklərdən başqa bir neçə yeni imkanlar da üzə çıxacaq.
Mobil tətbiqin istifadəçilərinə tanış olan “Tədqiq etmək” əlavə səhifəsi artıq personal kompüüterlərdə əlçatan olacaq – bu, istifadəçinin yerləşməsindən asılı olaraq video, yerli xəbərlər və populyar trendlərin axtarışını sadələşdirəcək. Qoşmalara, siyahılara və profilə bundan sonra naviqasiyanın yan menyusunda giriş əldə etmək daha rahat olacaq. İsmarış əlavəsi indi böyüdülmüş görünüşə sahibdir – bu da ismarışları cavablamağa və müxtəlif söhbətləri bir ekranda görməyə imkan yaradır.
Yan menyu həmçinin hesablar arasında keçidləri də yüngülləşdirəcək. Tünd rejim üçün iki opsiya, həmçinin müxtəlif mövzular və rəng palitrasının variantları yaranacaq. Səhifənin özündə ən populyar və ən son tvitlər arasında keçid etmək imkanı yaradılacaq.
Şirkətdən bildirirlər ki, bütün dəyişikliklər “Twitter”in server memarlığının əhəmiyyətli yenilənməsi üzərində əsaslanıb, sayt isə təkrar sıfırdan yardılıb. Yeni dizayna keçdikdən sonra geriyə dönmək artıq mümkün olmayacaq.
Qeyd edək ki, kompüterlər üçün səhifənin hazırlanan redizaynı barədə şaiyələr il ərzində gəzirdi, ötən sentyabrda isə şirkətdə yeni dizaynın daxili testetməsinə başlamışdılar.
Samirə Məmmədova