ucan-taksi-xidmeti-2025-ci-ile-qeder-ise-dusecek

Uçan taksi xidməti 2025-ci ilə qədər işə düşəcək

Ötən həftə Almaniyanın "Lilium" aviasiya şirkəti beş nəfərlik elektrikli jet dizaynını təqdim etdi.

İnsider.az xəbər verir ki sözügedən jet test uçuşunu bu ayın əvvəlində uğurla tamamlayıb. 

Alman mətbuatının məlumatlarına görə isə bu elektrikli təyyarələr hava taksiləri kimi istifadə ediləcək. İlk mərhələdə müəyyən şəhərlərdə xidmət etməyə başlayacaq olan bu hava taksisi 6 il ərzində istifadəyə hazır olacaq. Smartfon vasitəsilə onlayn sifariş olunan hava taksilərinin qiymətinin isə münasib olacağı deyilir.

Qeyd edək ki, hazırda "Uber" kimi böyük taksi şirkətləri uçan taksi şəbəkəsinin işə salınması üzərində çalışır və bu sahədə NASA ilə əməkdaşlıq edir. Lakin, "Lilium"un iddiasına görə, önlara məxsus hava taksiləri rəqiblərinə nisbətən daha uzun məsafədə səyahət etməyə imkan verəcək.

©Finans.az