ucuz-smartfonlar-ucun-ilk-5g-snapdragon-prosessoru-teqdim-edilib

Ucuz smartfonlar üçün ilk “5G” “Snapdragon” prosessoru təqdim edilib

“Qualcomm Technologies” şirkəti tərəfindən ucuz smartfonlar üçün təqdim edilmiş 6-cı seriyalı ilk “5G” prosessoru “Snapdragon 690” adlandırılıb. “HMD Global” (“Nokia” brendi), “LG”, “Motorola” və başqa istehsalçılar bu prosessorla işləyən qurğularını təqdim edəcəklər.

İnsider.az xəbər verir ki, “Qualcomm” şirkətinin rəsmisi deyib ki, ucuz smartfonlar üçün “Snapdragon” seriyasında “5G” platformasının yaradılması beşinci nəsil şəbəkələrini dünyada 2 milyarddan çox istifadəçi üçün əlçatan edəcək.

“Snapdragon 690” prosessoru “4K HDR” video çəkilişini, foto üçün 192 mp təsvir ölçüsünü və 120 hers yeniləmə tezlikli displeyləri dəstəkləyir. Prosessor smartfona süni intellekt alqoritmləri ilə səmərəli işləməyə imkan verəcək beşinci nəsil “Qualcomm AI Engine” funksional modullarından və “Hexagon Tensor Accelerator” sürətləndiricisindən ibarətdir. Yeni platforma ilə qrafikanın renderinqi “GPU Adreno 619L” sayəsində 60% daha sürətlidir.

“Snapdragon 690” prosessoru ilə təchiz edilmiş smartfonlar 2020-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

ICTnews