ukrayna-prezidenti-bakiya-sefer-edecek

Ukrayna prezidenti Bakıya səfər edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-17-də Bakıya rəsmi səfər edəcək.

İnsider.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ində məlumat yayılıb.

Qeyd olunur ki, hələlik səfərin proqramı təsdiqlənməyib. Mənbələrdən biri əvvəlcədən V.Zelenskinin Ermənistan və Gürcüstana da səfərinin planlaşdırıldığını, lakin Tbilisidəki etirazlar səbəbindən səfərin yalnız Azərbaycanla məhdudlaşdırılması barədə qərara gəlindiyini bildirib.