Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Ukrayna arasında gərginlik artır. Xəbər verdiyimiz kimi, iyulun 13-də Ukrayna səfiri Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edilib. Yerevan Kiyevin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunması dəstəkləyən açıqlamasını bəyənməyib.
İyulun 15-də Azərbaycanın suverenliyini dəstəkləyən Kiyevin mövqeyinə qarşı (Başqa cür necə ola bilərdi, çünki dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir) Ukraynanın Ermənistandakı səfirliyi qarşısında mitinq keçirilib. Buna baxmayaraq, Ermənistandakı nümayişçilər diplomatik nümayəndəlik binasını daşa basdılar, binaya borş atdılar (bu qəribədir, çünki erməni tərəfi bir neçə il əvvəl borşu ənənəvi erməni yeməyi adlandırmışdı). Ukrayna hakimiyyətinə və xalqına ünvanlanan təhdid və təhqiramiz ifadələr də oldu. Nümayişçilər “Ukrayna, təhrik etmə!”, “Azərbaycan kimi olma” və s. şüarlar səsləndirdilər.
Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova üçün vəziyyəti şərh edib:
- Biz Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə ilə bağlı açıqlama verdik və bu, vəziyyətlə bağlı fikirlərimizi ən aydın şəkildə əks etdirir. Ərazi bütövlüyünü dəstəkləyən mövqeyimiz sarsılmaz olaraq qalır.
Bu vəziyyətdə Ermənistan tərəfinin hərəkətlərini şərh etməyi lazım bilmirəm.
- Bununla belə, Ukraynanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirildi, binaya borş atıldı...
- Bunlar ictimai aksiyalardır, onlara necə reaksiya göstərməliyik? Əlbəttə ki, bu, bir növ sosial refleksiyadır. Ancaq ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı açıqlamalarımız kontekstində Ermənistan tərəfinin yeni bir şey kəşf etdiyini düşünmürəm.
Səfirlik binasına borş tökülməsinə gəldikdə isə... Əlbəttə, bu, ölkələrimiz arasında münasibətlərdə yaxşı əlamət kimi qəbul edilə bilməz.
Media.Az