“UNESCO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.
“Biz Bakıda UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim.
Bizim ümumi fikrimiz ondan ibarət idi ki, UNESCO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”.