unesco-nun-ermenistana-ve-azerbaycana-yaxin-muddetde-missiya-gondermesi-ile-bagli

UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı

Bu missiyanın baş tutması ilə bağlı əldə olunmuş razılığı təbii ki, alqışlayıram və bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm.  

Birincisi, işğaldan azad olmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsin tamamilə dağıdılması faktı göz qarşısındadır. Dağıntıların miqyasını, kütləvi /total olmasını nəzərə alaraq, aydındır ki, bu dağıdılma təsadüfi məsələ yox, Erməni işğalçı qüvvələri tərəfindən planlaşdırılmış və sanksiyalaşdırılmış məqsədyönlü siyasətin nəticəsidir.

İkinci məsələ, Ermənistanda Azərbaycanlıların mədəni irsinin dağıdılmasıdır. Zəngəzur rayonunun coğrafi, mədəni və tarixi cəhətdən Şərqi Zəngəzur və Qarabağ zonasına ilə çox bağlılığı var idi. Eyni zamanda, Göyçə gölünün ətrafları Gəncəbasar zonasına daha yaxın idi. İndiki Yerevan, İrəvanın özü haqda danışsaq, Türk şəhəri olmuş İrəvanın tarixi tamamilə silinib və əvəzinə saxta tarix yazılıb ki, özlərinin saxtalaşdırdıqları bu tarixə bəzi ermənilərin özləri belə gülür.

Məsələnin digər tərəfi Azərbaycan ərazisində olan Xristian irsidir. Artıq illərdir ki, hətta yüzilliklərdir ki, Ermənistan öz ərazisində olan Azərbaycan irsini məhv etməklə yanaşı , Azərbaycan ərazisində olan xristian irsini erməniləşdirməklə məşğuldur. Azərbaycanın Xristian abidələrində yazıların və emblemlərin onilliklər ərzində, mütəmadi olaraq saxtalaşdırılması baş veririrdi ki, bunu təmir adı ilə və ya müxtəlif bəhanələrlə edirdirlər. Təəssüflə etiraf etməliyəm ki, biz də bu prosesə lazımı diqqəti vermirdik. Bu tək Azərbaycanda baş vermirdi. Gürcüstanda da oxşar proses gedirdi, Gürcülər 20 il öncə buna fikir verməyə başladılar, bu da ona görə baş verdi ki, orada güclü provoslav kilsəsi var.

Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Bu baxımdan UNESCO-nun missiyası çox önəmli addımdır. Bu bizim diplomatiyanın uğurudur.

Səmimi söyləyim ki, bu səfərdən böyük gözləntilərim yoxdur. Çoxsaylı faktların olmasına baxmayaraq UNESCO 30 ildir bu istiqamətdə bir iş görməyib, amma indi bizim mövqeyimiz ciddi dəyişəcək. Bizim illərdir söyləyiyimiz faktlara UNESCO və dünya ictimaiyyəti göz bağlaya bilməyəcək.