7 Avqust tarixində Nyu-York şəhərində Samsung-un "Unpacked" yay tədbiri baş tutmuşdur.
Insider.az xəbər verir ki, tədbir çərçivəsində şirkətin ən yeni cihazları təqdim edilmişdir ki, bunlardan Galaxy Note10 məhsul xəttini xüsusi qeyd etmək olar. Bu xətt biri birindən içlik və ölçü ilə fərqlənən Note10 və Note10+ kimi iki model ilə təqdim edilib.
Əlavə olaraq qeyd etmək lazımdır ki, bu il Note daha "rahat" ölçülərə yiyələnərək, bir əl ilə istifadəni dəstəkləyir və bununla belə "çərçivəsiz" Sərhədsiz-O displeyi sayəsində yararlı ekran sahəsi yetərincə böyük olmaqda qalır. Beləliklə, Galaxy Note10 6,3" FHD+ ekran, Note10+ isə 6,8" QHD+ displey ilə təchiz olunub.
©Oxu.az