Bağlamaların təcili çatdırılması üzrə dünyanın nəhəng şirkətlərindən olan “United Parcel Service” (UPS) yükləri pilotsuz uçan aparatlar vasitəsilə çatdıracaq “UPS Flight Forward” xüsusi törəmə şirkəti yaradıb.
İnsider.az xəbər verir ki, məlumata görə, şirkət, həmçinin biznesin genişləndirilməsi üçün lazım olan sertifikatların alınmasına görə ABŞ-ın Federal Aviasiya Administrasiyasına (FAA) ərizə ilə müraciət edib.
Kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün administrasiya tərəfindən “UPS Flight Forward” şirkətinə bağlamaların yaşayış məntəqələrinə, gecə vaxtı və operatorun görmə əhatəsindən kənarda çatdırılması üçün dronlardan istifadəyə icazənın alınması tələb olunur.
Bildirilir ki, “Flight Forward” artıq bu il bir neçə pilotsuz uçan aparat və pilotlar üçün “FAA” sertifikatı almaqla potensial baxımdan ABŞ-da belə icazənin verildiyi ilk şirkət olacaq.