ABŞ-ın Müdafiə Nazirlliyi insanları ürək döyüntüsünə görə müəyyən edən cihaz hazırlayıb. Cihaz “Jetson” adlanır, onun tərtibatçısını Pentaqon gizli saxlayır. İnsider.az bu barədə xəbəri “MIT Technology Review”-ya istinadla paylaşır.
Cihaz insanları hər kəs üçün unikal olan ürək döyüntüsü sürəti üzrə infraqırmızı lazer vasitəsilə tapır. Nəşrin verdiyi məlumata görə, bu vasitə ilə müəyyənləşdirmə saxtalaşdırılması mümkün olan üz və barmaq izlərini skanetmədən daha etibarlıdır.
“Jetson” 200 metrə qədər məsafədə işləyir və nazik paltar geymiş insanları tapmaq qabiliyyətindədir. Obyekt isə hərəkətsiz olduğu halda, təhlili təxminən 30 saniyəyə aparır. Dəqiqlik 95%-dir. Cihaz yalnız verilənlər bazasında mövcud olan ürək döyüntü ritmlərinin aid olduğu şəxsləri müəyyənləşdirə bilir.
“Technology Review” qeyd edir ki, bu texnologiya digər sahələrdə də faydalı ola bilər. Məsələn, həkimlər insan bədəninə toxunmadan ürək göstəricilərini yoxlaya bilər.
Samirə Məmmədova