usb-tertibatcisi-ayiricinin-simmetriyasizligini-izah-etdi-universal-variant-iki-defe-baha-olardi

“USB” tərtibatçısı ayırıcının simmetriyasızlığını izah etdi – universal variant iki dəfə baha olardı

“USB” interfeysinin müəlliflərindən biri Acay Bhatt ayırıcının nəyə görə simmetriyasız alındığını izah edib. İnsider.az bu barədə “NPR” nəşriyyatına istinadla xəbər verir.

Bhattın sözlərinə görə, simmetrik ayırıcı onun qiymətini iki qat artırardı. Bunun üçün çox sim və mikrosxem lazım olacaqdı. Lakin tərtibatçılar qiyməti artırmamaq qərarına gəldilər – bu, personal kompüter istehsalçılarını yeni ayırıcını qəbul etməyə razı salmaq üçün vacib idi. Bu yol işlədi və 1998-ci ildə USB ayırıcıları olan ilk “iMac” çıxdı.

Bhatt interfeysin narahatlıq və qıcıq yaratdığını özü də etiraf edir.

Qeyd edək ki, “USB”-yə olan patent “Intel”-ə məxsusdur. Bhatt interfeysi tərtib edərkən şirkətə işləyirdi. Həmçinin o, ana platalar üçün “PCI Express” ayırıcıların yaradılması ilə məşğul idi.

Xatırladaq ki, 2014-cü ildə qeyri-kommersiya “USB Implementers Forum” təşkilatı “USB”-yə alternativ kimi iki tərəfli ayırıcısı olan “USB-C” təqdim edib.

Samirə Məmmədova