vertu-nun-azerbaycandaki-numayendeliyi-legv-edilir

Vertu-nun Azərbaycandakı nümayəndəliyi ləğv edilir

"EL Holdinq"in şirkətləri bir-bir bağlanır.

Vertu mobil telefonlarının Azərbaycanda rəsmi nümayəndəsi "EL Kompani" MMC ləğv olunur.

İnsider.az xəbər verir ki, "EL Kompani" MMC ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini AZ095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, mənzil 27 ünvanına bildirə bilərlər.

“El Holdinq”ə daxil oln "EL Kompani" MMC 2010-cu ildən etibarən Vertu-nun Azərbaycanda rəsmi nümayəndəsi idi.

Bir müddət əvvəl "El Motors" MMC və "El Trade" MMC ləğv olunduqlarını elan etmişdilər.

"EL Holdinq" əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan şirkətlər qrupundan biridir.

Marja