vetendaslar-ucun-portal-yaradilir

Vətəndaşlar üçün portal yaradılır

Azərbaycan vətəndaşları dövlət büdcəsinin sturkturu, büdcə siyasətinin prinsipləri, icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, dövlət borcunun idarə edilməsi ilə bağlı məlumatlara real vaxt rejimində çıxış imkanına malik olacaqlar. Bu məqsədlə xüsusi portal fəaliyyət göstərəcəkdir.

İnsider.az xəbər verir ki, Maliyyə Nazirliyi portalın hazırlanmasını “Onnesk” MMC şirkətinə həvalə edib. Şirkət bu işin qarşılığında Nazirlikdən 21 min 850 manat alacaq. “Onnesk” 30 gün ərzində portalı təhvil verməlidir.

Marja