vilayet-eyvazovdan-yeni-teyinat

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə yeni rəis təyin olunub.

İnsider.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
Əmrə əsasən, kapitan Məmmədzadə Nəriman Ağahüseyn oğlu bölmə rəisi vəzifəsinə təyin edilib.

Bildirək ki, təyinatdan əvvəl Sarısu Polis Bölməsində rəis vəzifəsini polkovnik-leytenant Elşən Quliyev icra edib.