“Visa” beynəlxalq ödəmə sistemi biometrik verilənlər vasitəsilə ödəniş texnologiyasını təqdim edib.
İnsider.az bu barədə “RİA Novosti”-yə istinadla bildirir. Ödəmə üçün üz tanıma texnologiyası “VisionLabs” və Rusiyanın “SwiP” ödəmə sistemi tərəfindən tərtib edilib.
“SwiP”-in baş direktoru Anatoliy Rayterin bildirdiyinə görə, bu ödəmə sistemindən faydalanan şirkətlərin autentifikasiya sistemi iki faktorludur. Hüquqi şəxslər “SwiP”-də qeydiyyatı ekvayerdə də keçməlidirlər.
Ödəmə terminalı ancaq konkret qeydiyyatdan keçmiş kassalarla bağlanmada çalışır. İdentifikasiya isə stereo-görmə (identifikasiya zamanı üzün 3D-modelinin yaradılması) üzrə baş verir.
Beləliklə, dələduzlar foto və ya video, yaxud da distant üsulla ödənişi həyata keçirə bilməyəcəklər.
Samirə Məmmədova