"Visa" beynəlxalq kart təşkilatı ölkənin işğal olunmuş ərazilərində öz brendi altında ödəniş kartları ilə bankomatlarda əməliyyatların aparılmasını tam dayandırıb.
İnsider.az xəbər verir ki, bu qərar müəyyən edilmiş faktlardan sonra qəbul edilib.
Mövcud problemin həlli istiqamətində əsaslı addımlar atan ilk beynəlxalq kart təşkilatı kimi "Visa" bu ərazilərdə Ermənistan banklarının quraşdırdığı 20-dən çox bankomatda təşkilatın brendini daşıyan ödəniş kartları ilə nağd və nağdsız formada əməliyyatların aparılmasını dayandırıb.
Xatırladaq k, "Visa" Azərbaycanda 1997-cı ildən etibarən fəaliyyət göstərir. Yerli bankların emissiya etdiyi "Visa" brendli ödəniş kartlarının ümumi sayı 3 milyona ədədə yaxındır.
©"Report"