Artıq öz musiqili tətbiqinə sahib olan “VKontakte” sosial şəbəkəsi audiokitab satışı üzrə servisi işə salır. İnsider.az bu barədə “RBK”-ya istinadla yazır.
Resursun verdiyi xəbərə əsasən, layihənin partnyoru “Biblio” MMC-dir.
Artıq “Biblio” servisinin test versiyası “VKontakte”-nin saytında da mövcuddur. Onun işə salınması mayın sonuna planlaşdırılıb. Sosial şəbəkə nümayəndəsi yayılan məlumatı təsdiqləyib və bildirib ki, servis “VKontakte” mobil tətbiqinin “VK Apps” platforması üzərində əsaslanacaq. Əməkdaşlıq “revenue share” (mənfəətdən gələn faizin partnyora ayrılması) modeli üzrə qurulacaq. Həmsöhbətçi vəsaitin hansı nisbətdə bölünəcəyini söyləməyib.
“Biblio” desktop və mobil cihazlarda əlçatan olacaq. Onun üzərində, faktiki olaraq “bazarda tələb olan bütün kontent” (ümumilikdə 10 min əsərdən çox) təqdim olunacaq.
Layihənin mahiyyəti
Servis sosial şəbəkənin istifadəçiləri olan təxminən 40 milyon insanın marağına səbəb ola bilər. Servisin yaradıcıları əsas stavkanı abunə modeli üzrə etməyi planlaşdırırlar. Sosial şəbəkə istifadəçiləri üçün bir hesab üzrə aylıq limitsiz abunəliyin dəyəri 299 rubl edəcək. Həmçinin bir dəfəlik audiokitab alışı da mümkün olacaq.
Sifarişlərin ödənişini ancaq sosial şəbəkənin ödəmə sistemi olan “VK Pay” üzərindən etmək olar.
Hansı problemləri həll etmək mümkündür
Ekspertlər hesab edir ki, “Biblio” servisinin işə salınması sosial şəbəkədəki pirat audiokitabları ilə bağlı problemin həllinə kömək edəcək. Xüsusilə, onalrın sözlərinə görə, servisin bazasında pirat audiokitablarının avtomatik axtarışı və müəyyənləşdirilməsi üçün alətin tətbiq etmək və pirat audiokitablarına olan çıxışı məhdudlaşdırmaq planlaşdırılır.
Samirə Məmmədova