vkontakte-de-yeni-servis-yaranib

“VKontakte”-də yeni servis yaranıb

“Biblio” şirkəti “VK Mini Apps” platformasında audiokitabların dinlənilməsi üçün eyniadlı striminq servisini işə salıb.

İnsider.az bu barədə “Rusbase” resursuna istinadla xəbər verir.

İstifadəçilər ayrıca əsas ala və ya dəyəri ayda 333 rubldan başlayan abunəlik üzrə bir neçə əsəri dinləyə bilərlər. “VK Pay” üzərindən ödəniş olduqda sosial şəbəkə istifadəçilərə 15%-dək abunəliyə endirim və 10% həcmində kəşbek (nağd vəsaitin geri qaytarılması) söz verir.

“Biblio”-nun tətbiqində işgüzar və bədii ədəbiyyat təqdim olunub – ümumilikdə kitabxanada 10 mindən çox lisenziyalı əsər var. İstifadəçilər bestseller siyahısı ilə tanış ola, janr və müəllif üzrə kitab seçə və dinləyicilərin rəylərinə baxa bilərlər. 

“Biblio”-da həmçinin şəxsi “rəflər” də yaratmaq mümkündür. Müəlliflər dinləmə sayı ilə tanış olmaq və öz qazancının məbləğini öyrənmək üçün statistikaya girişləri olacaq.

Samirə Məmmədova