vkontakte-muellif-huquqlarina-gore-kitablari-yoxlayacaq

“VKontakte” müəllif hüquqlarına görə kitabları yoxlayacaq

“VKontakte” sosial şəbəkəsi “Eksmo”, “AST”, “Azbuka-Attikus”, “Alpina pablişer”, “Audiokniqa”, “Litres” kimi iri kitab nəşriyyatları və İnternetdə Hüquqların Qorunması üzrə Assosiasiya ilə antipirat memorandumu imzalayıb.

İnsider.az bu barədə “Vedomosti”-yə istinadla xəbər verir.

Bu təşkilatlardan qəzetlə söhbət edən nümayəndələrin sözlərinə görə, “VKontakte” pirat kitabların axtarışı üzrə işi avtomatlaşdırır və faylların yüklənilməsinə qədər sosial şəbəkədə qabaqcadan yoxlamanı tətbiq edəcək. Bunun üçün xüsusi “Copyright Check” proqramı istifadə olunacaq. O, faylları leqal nüsxələrlə tutuşduracaq və onların üst-üstə düşmədiyi təqdirdə, istifadəçi kitabı yükləyə bilməcək. Faylların yoxlanması zamanı “Litres” kitab internet-mağazasının bazası, audioversiyaların yoxlaması zamanı isə “Biblio” servisinin bazası istifadə olunacaq.

Bu tədbir linklərə şamil olunmur, lakin pirat kontentinin əksəriyyəti elə linklər vasitəsilə yüklənilir. Faylların yoxlanması və silinməsi prossesinə nəşriyyatların maraqlarını təmsil edən İnternetdə Hüquqların Qorunması üzrə Assosiasiya nəzarət edəcək. Yeni qaydalar artıq növbəti həftədən etibarən qüvvəyə minə bilər.

Qeyd edək ki, “VKontakte”-nin nümayəndəsi bu məlumatı şərh etməyib.

Samirə Məmmədova